Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
"Qədim Qarabağın yenilənən siması"
müsabiqəsinə yekun vuruldu
Müsabiqə haqqında
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordu şanlı qələbə qazanaraq 30 il davam edən işğala son qoyduqdan və ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra uzun illər Ermənistan tərəfindən qarət edilərək tamamilə dağıdılmış ərazilərin və yaşayış məntəqələrinin dirçəldilməsi və bununla da Qarabağ regionunda normal yaşayışın bərpa edilməsi üçün müvafiq dövlət qurumları tərəfindən bir sıra irimiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Ərazilərin bərpasının planlı və nizamlanmış təşkili üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayanıqlı inkişafa dair şəhərsalma konsepsiyalarının və ərazi-planlaşdırma sənədlərinin hazırlanması istiqamətində işlər davam etdirilir. Buna paralel olaraq, uzun illər işğal altında olmuş yaşayış məntəqələrinin gələcək simasının müəyyən edilməsi də mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, işğaldan azad olunmuş ərazilərdə yerləşən müvafiq meyarlar əsasında qiymətləndirilməklə seçilmiş yaşayış məntəqələrinin memarlıq simasının və obrazının müəyyən edilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "Qədim Qarabağın yenilənən siması" adlı memarlıq müsabiqəsi keçirilib.

Qaliblər
Layihələr və onların müəllifləri haqqında ətraflı məlumatla tanış olmaq üçün yaşayış məntəqəsini seçin:
Müsabiqənin şərtləri
Ümumi mükafat fondu
60 000 AZN
İştirak haqqı
İştirak pulsuzdur
İştirak edə biləcək
Memarlar, urbanistlər, landşaft memarları, layihəçilər, fərdi iştirakçılar və komandalar, layihələndirmə sahəsində ixtisaslaşmış hüquqi şəxslər
Müsabiqəyə son qeydiyyat tarixi
15.07.2021
Layihənin son təqdim olunma tarixi
31.07.2021
Qaliblərin elan olunma tarixi
15.08.2021
Ərazi seçimi
İştirakçılar müəyyən edilmiş kəndlərdən bir və ya bir neçəsini seçə bilər. Seçilmiş hər bir kənd üzrə layihə ayrılıqda təqdim olunmalıdır
Layihənin təqdim edilmə dili
Azərbaycan dili
Layihə materiallarının formatı
Layihələr çap və elektron (pdf) versiyada təqdim edilməlidir
Münsiflər heyəti
Müsabiqədə iştirak edən layihələri onlar qiymətləndirəcək:
İlqar İsbatov
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini, Memarlıq üzrə fəlsəfə doktoru
Elbay Qasımzadə
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, professor
Gülçöhrə Məmmədova
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Memarlıq doktoru, professor
Bünyad Qasımov
“Bakı Abadlıq Xidməti" MMC-nin rəhbəri
Abdul Hüseynov
Memar
Mükafatlandırma
Müsabiqənin ümumi mükafat fondu
60 000 AZN təşkil edir
I yer
5 000 azn və birinci dərəcəli diplom

II yer
3 000 AZN və ikinci dərəcəli diplom



III yer
2 000 AZN və üçüncü dərəcəli diplom
Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatı təqdim ediləcək
Xəbərlər
Bizimlə əlaqə
Əlaqə vasitələri:
+994 12 493 34 67

Ad, Soyad:
Əlaqə nömrəsi:
Elektron ünvan:
Müraciət: